Məhkəmə qərarları › İş №8(014)-465/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-465/2022

29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-465/2022 29.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Tələbkar ilə cavabdeh Borclu arasında 29 aprel 2021 -ci il tarixdə bağlanmış və reyestdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh Borclu 55000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat tutularaq Tələbkar verilməlidir. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinə və Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilmişdir. Tələbkar ilə cavabdeh Borclu arasında 29 aprel 2021 -ci il tarixdə bağlanmış və reyestdə 4Ə-352 nömrə ilə qeydə alınmış, seriya AN, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh Borclu 55000 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 240 manat və müvəqqəti təminat tədbirləri üçün ödənilmiş 24 manat tutularaq Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra qrupunun icra məmuru Ramin Abbasov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, № 218198/2022-71-6-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar