Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-49/2024 19.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin e- 2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızının məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızının məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızı və X1 müştərək qaydada əsas borc üzrə 1620 (min altı yüz iyirmi) manat, cərimə borcu üzrə 97.26 (doxsan yeddi manat, iyirmi altı qəpik) manat, cəmi 1717.26 (min yeddi yüz on yeddi manat, iyirmi altı qəpik) manat borc və 37.17 (otuz yeddi manat, on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" QSC-yə ödənilməlidir. Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızına çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə üzürsüz səbəbdən gəlməmişdir. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızının Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi üçün Ağdaş Rayon Məhkəməsinə müraciət edilməlidir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızının məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirərək təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X3 və Əhmədova (Beydullayeva) Leyla Kamran qızından müştərək qaydada əsas borc üzrə 1620 (min altı yüz iyirmi) manat, cərimə borcu üzrə 97.26 (doxsan yeddi manat, iyirmi altı qəpik) manat, cəmi 1717.26 (min yeddi yüz on yeddi manat, iyirmi altı qəpik) manat borc və 37.17 (otuz yeddi manat, on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə verilsin. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu X2 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu Beydullayeva (Hacıyeva) X4 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızının məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1663/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan borclu Beydullayeva (Hacıyeva) Şəlalə Rafik qızı məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-49/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-49/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver