Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-49/2025 28.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin e-2(014)- 674/2024-007 nömrəli, 15 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X4 Rayon Məhkəməsinin e-2(014)- 674/2024-007 nömrəli, 15 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin e-2(014)- 674/2024-007 nömrəli, 15 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu müştərək qaydada 4213.68 manat məbləğində pul vəsaiti və 62.14 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən Borclu məcburi gətirilməsinə dair qərar qəbul edilməsi olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-674/2024-007 nömrəli, 15 may 2024cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu Tələbkar ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli, BUMM3593689B299 saylı kredit müqaviləsinə əsasən 2102.32 manat əsas borc, 293.72 manat faiz borcu, cəmi 2396.04 manat borcu, xx.xx.2023-cü il tarixli BRCB2936591B299 saylı kredit karrtına dair müqaviləyə əsasən 1500 manat əsas, 317.64 manat faiz, cəmi 1817.64 manat borcun ümumilikdə 4213.68 manat borcun cə 62.14 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 tərəfindən Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 674/2024-007 nömrəli, 15 may 2024-cü il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 11 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən 27 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin e-2(014)-674/2024-007 nömrəli, 15 may 2024-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-49/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-49/2025
28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver