Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-54/2024 08.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərovanın Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2904-2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində əsasən borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2021-005 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X1 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlnaılması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının icra sənədində göstərilən – ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2904-2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra vərəqəsinə əsasən borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızından xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabir pul məbləğində aliment Cəlilova (Hüseynova) Zərifə Rafiq qızından tutularaq Tələbkar verilsin. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-2904/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızına icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclu Cəlilova (Hüseynova) X5 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərovanın borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızının məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-2904/2021-005 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ünvan 2 ünvanında yaşayan borclu Cəlilova (Hüseynova) Zərifə Rafiq qızı məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-54/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-54/2024
08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver