Məhkəmə qərarları › İş №8(014)-55/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-55/2024

09.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-55/2024 09.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(008)-384/2021 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(008)-384/2021 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.20023-ci tarixli, 2(008)-384/2021 saylı icra sənədinə əsasən iddiaçı Hüeynova (Cəlilova) Zərifə Rafiq qızı ilə Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əməkhaqqının dörddə bir hissəsi məbləği aliment tutularaq tələbkar Hüeynova (Cəlilova) Zərifə Rafiq qızının xeyrinə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemində Borclu məxsus **********76 reyestr nömrəli torpaq sahəsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus **********76 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(008)- 384/2021 saylı icra sənədinə əsasən iddiaçı Hüeynova (Cəlilova) Zərifə Rafiq qızı ilə Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əməkhaqqının dörddə bir hissəsi məbləği aliment tutularaq tələbkar Hüeynova (Cəlilova) Zərifə Rafiq qızının xeyrinə ödənilməlidir. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus **********76 reyestr nömrəli torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus **********76 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **********76 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar