Məhkəmə qərarları › İş №8(014)-58/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-58/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-58/2024 16.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X7 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" KB ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1030rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən X2 1012,26 (min on iki manat, iyirmi altı qəpik) manat əsas borc, 4,67 (dörd manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1016,93 (min on altı manat, doxsan üç qəpik) manat borc və 30,57 (otuz manat, əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməsi qətt edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda borclu X7 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını təmin etmək üçün borcun hissə-hissə, hər ay 20 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC mənə qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 1012,26 AZN əsas məbləğ üzrə, 4,67 AZN faiz üzrə, 0 AZN cərimə, cəmi 1016,93 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,57 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 31 yanvar 2023-cü il tarixli 2(014)-45/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş. "xxxx" KB ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1030rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən X3 1012,26 (min on iki manat, iyirmi altı qəpik) manat əsas borc, 4,67 (dörd manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1016,93 (min on altı manat, doxsan üç qəpik) manat borc və 30,57 (otuz manat, əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Onun nəvəsi qan xəstəliyindən əziyyət çəkir. Həmçinin gəlini də eyni xəstəlikdən (anamiya) əziyyət çəkir. Müalicələri üçün yüksək məbləğdə pullar lazım olur. Onların müalicə edilərək sağalmaları üçün çoxlu xərclər çəkir. O, 363 manat pensiya alır, aldığı pensiyanı onların müalicəsi üçün xərcləyir. Bu vəziyyətlərinin nəzərə alınmasını xahiş etmişdir. Pensiyasından 20 manatdan çox pul tutulması ailə vəziyyətininə və müalicənin davam etdirilməsi üçün böyük çətinliklər yaradır. Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)- 1751/2022 saylı qətnaməsi üzrə icradan boyun qaçırmır, qeyd olunmuş məbləği ödəyəcəkdir. Göstərilənlərə əsasən məhkəmədən 1016,93 manat məbləğin və 30,57 manat ödənilmiş dövlət rüsumunun məndən alınaraq "xxxx" KB ASC-yə verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1751/2022 saylı qətnaməsi üzrə icra icraatının hər ay 20 (iyirmi) manat tutulmaqla hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında borclu X7 ərizə göstərilənlərə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəni və işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" KB ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1030rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən X2 1012,26 (min on iki manat, iyirmi altı qəpik) manat əsas borc, 4,67 (dörd manat, altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1016,93 (min on altı manat, doxsan üç qəpik) manat borc və 30,57 (otuz manat, əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi alınaraq "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ərizəçi məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsində borcu hər ay 20 manat olmaqla, yəni hissəhissə şəklində ödəyəcəyini bildirmişdir. Lakin ərizədə maddi vəziyyətinin dəyişməsi ilə bağlı göstərdiklərinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür.(“Stren” X12 Zavodu və X5rşı”, 09 dekabr 1994-cü il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulacağını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X7 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar