Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-59/2024 15.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katib Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Borclu X6 Tələbkar iştirakları ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)-712/2023 saylı icra sənədinə əsasən borclu X7 məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)-712/2023 saylı icra sənədinə sasən borclu X7 məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)-712/2023 saylı icra sənədinə əsasən borclu X4 4200 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surət bildirişlə bərabər icra sənədi üzrə borclu X5 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənəd üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X7 məxsus olan **********46 reyestr nömrəli torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədlə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirlər tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən borclu X7 məxsus ünvan 1 ünvanında yerləşən **********46 reyster nömrəli 0.011 torpaq sahəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdimatda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)-712/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra Borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış, İcra və Probasiya şöbəsinə dəvət edilərək izahatı alınmış və ona borcun ödənilməsi üçün 18 ay müddətində vaxt verilmişdir. Lakin Borclu ona verilmiş həmin müddətdə heç bir ödəniş etməmişdir. Daha sonra Borclunın əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular verilmiş və Borclunın ünvan 2 ünvanında yerləşən **********46 reyestr nömrəli 0.011 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Borclu Tələbkar borcun ödənilməsinə dair ərizə ilə müraciət etmiş, yenidən Borcludan ödəniş etməsi tələb olunsa da, tərəfindən ödəniş edilmədiyindən onun mülkiyyətində olan əmlakın üzərinə həbsin qoyulması zərurəti yaranmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq təqdimatın təmin olunmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu torpaq sahəsi satırdı və o, torpaq sahəsini almaq üçün Borcluya ilkin beh olaraq 1000 manat verməklə, ümumilikdə 4500 manat məbləğində ödəniş etmişdir. Lakin torpağın sənədlərində problem olduğundan o, torpaq sahəsini almamış və Borcluya vermiş olduğu pulu geri istəmiş, Borclu isə ondan aldığı pulu geri qaytarmamışdır. Hazırda Borclu tərəfindən pulun ona geri qaytarılmasını, əks halda Borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etdi. Borclu X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun Aygün Musayevaya 1200 manat məbləğində borcu olmuşdur. Onun kredit borcu olduğundan Aygün Musayevaya olan borcun ödənilməsi üçün ona 18 ay müddətində vaxt verilmiş və o, 1200 manat məbləğində borcu Aygün Musayevaya ödəmişdir. Daha sonra borclu X1 cavab verərək bildirdi ki, hazırda heç bir yerdə işləmir və borcu ödəmək üçün maddi imkanı yoxdur. Mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən **********46 reyestr nömrəli 0.011 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına etirazı yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(014)- 712/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X4 4200 manat məbləğində pul və 55 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar xeyrinə verilməsidir. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.011 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu X6 məxsus olan ünvan 2 ünvanında yerləşən **********46 reyestr nömrəli 0.011 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu X7 məxsus olan ünvan 2 ünvanında yerləşən **********46 reyestr nömrəli 0.011 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-59/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-59/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver