Məhkəmə qərarları › İş №8(014)-59/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-59/2025

11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-59/2025 11.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 rayon Notariat Kontorunun 8i- 10190 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş rayon Notariat Kontorunun 8i-10190 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Kontorunun 8i-10190 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 713.71 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin Quba filialının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Ağdaş şəhəri, A.Heydərov küçəsi-3 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Borclu məcburi gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağdaş rayon Notariat Kontorunun 8i-10190 nömrəli, 19 noyabr 2022-ci il tarixli icra qeydinə əsasən, cavabdeh Borclu RGTK5089622A160 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 713 manat 71 qəpik pul tutulsun. Bundan əlavə təklif olunur ki Borclu tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 738 manat 71 qəpik pul tutulsun. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 tərəfindən Ağdaş rayon Notariat Ofisinin 8i-10190 saylı, 18 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli, e278763 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən 27 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İşin materiallarından görünür ki, Borclu icra hərəkətləri barədə məlumatlandırılmasına dair məktubların ona çatıdırılmasını təsdiq edən sənədlər işin materiallarına əlavə edilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilsə də, həmin qərar 31 yanvar 2025-ci il tarixdə imzalanmaqla dərhal sonra borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmiş, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət gözlənilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə olan halda məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 rayon Notariat Kontorunun 8i- 10190 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar