Məhkəmə qərarları › İş №8(014)-61/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-61/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-61/2024 18.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Tələbkar icra məmuru X3 Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)- 1697/2022 saylı icra sənədi üzrə cavabdeh Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1697/2022 saylı icra sənədi üzrə cavabdeh Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1697/2022 saylı icra vərəqəsinə üzrə cavabdeh Borclu 2277,40 manat miqdarında vurulmuş maddi ziyanın əvəzi alınaraq iddiaçı Tələbkarnə verilməlidir. Borclu 42,78 (qırx iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Borclu çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq, Tələbkarnə üzrsüz səbəbdən gəlməmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1697/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 42,78 (qırx iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tələbkar icra şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1697/2022 saylı saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu X1 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Tələbkarnə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar icra məmuru Ramin Abbasovun Borclu qızının məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(014)-1697/2022 saylı icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Tələbkarnə gətirilsin. Qərardadın icrası Tələbkarnə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar