Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-63/2022 25.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 Ağdaş Rayon Məhkəməsinin 2(014)-1506/2019 saylı 28 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına 25 fevral 2022-ci il tarixdə saat 10:35-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(014)-1506/2019 saylı qətnaməsinə əsasən Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan cavabdehlər Borclu, X5 və X1 mətbəx mebeli 300 manat, dəst yataq qonaq otağı mebeli 2000 manat, 2 ədəd (2x3,3x4)xalça, soyuducu 500 manat, televizor 340 manat, paltaryuyan avtomat maşın 480 manat,sadə paltaryuyan maşın 100 manat, televizor altlığı 40 manat, 2 ədəd tək adamlıq yorğan 60 manat,2 ədəd tək adamlıq döşək 20 manat, 1 ədəd ikinəfərlik yorğan 60 manat, 1 ədəd ikinəfərlik döşək 40 manat, 1 ədəd yastıq 20 manat, 1 ədəd yekə döşəkçə 20 manat, 6 ədəd balaca döşəkçə 30 manat, 4 ədəd tük balınc 30 manat, 2 ədəd sintifoıı balınc 20 manat, 1 ədəd duxovka 80 manat, 1 ədəd mikrodalğalı peç 250 manat, Paltartikən maşın 80 manat, l ədəd vintilyator 30 manat,1 ədəd, 4 gözlü qaz piltəsi 60 manat, 2 ədəd böyük lüstur 120 manat, 1 ədəd balaca lüstür 20 manat, Sandıx 60 manat,3 ədəd skater 60 manat, 2 ədəd hamam dəsmalı 20 manat, 2 ədəd qalın qış pakrıvalı100 manat, 3 ədəd çay dəsmalı 10 manat, Orta payızlıq pakrıval örtük 30 manat, Gəlinlik pakrıval 150 manat, Dvd-pleyer 60 manat, 2 ədəd gecə lampası 55 manat, 4,5 metrlik qalın pərdə 80 manat, 4.5 metrli gəlin otağına pərdə 40 manat, 8.8 metr qonaq otağına tül 75 manat, 7 .0 metrlik zal üçün tül 45 manat, Divar saatı 25 man, 12 .0 metr karnizlər 20 man, Ütü altlığı 30 man, Ütü25 man, Saç qurudan fen-hava25 man, Saç ütü feni25 man, Divan -kreslo üzü80 man, Tozsovuran70 man, Blender6 man, Mikser8 man, Tok samovarı 90 man, Tunc qazan dəst20 man, çaydan20 man,Tunc vedrə -15 manat, Süzgəc -6 man,Podnos dəsti- 30 manat,Gümüşü qablı çaynik -15 manat,Qabyığmaq üçün setka- 14 manat,,2 ədəd kapron vedrə -4 manat,Xəkəndazlı süpürgə -4 man,Döşəmə üçün vedrə- 20 man,2 ədədləpə qabı - 3 manat,2 ədəd plastmas krujka -1 man, Bıçaq dəsti- 4 manat,,6 ədəd bulud qaşığı — 6 man,24 ədəd çay qaşığı - 6 man,48 ədədçəngəl-qaşıq - 12 man,Böyük qaşıq- 2 man.,Kotlet çevirən -2 man,Çömçə - 2 man,10 ədəd şişlər- 20 man,Dördayaq - 10 man 71.1 vedrə şpilka- 3 man,Tyorka- 3 man,10 ədəd paltarasan- 4 man,Plastmas vanna -4 man,Böyük vanna - 5 man,Lampa- 8 man,Paltar üçün səbət - 15 manat,Qazüstü sac - 10 man,2 ədəd kül qabı -4 man,Tava - 5 man,81 .Duz. qabı 3 manat 82.Rozetk.a - 6 man,Rozetka 6 man,Ləpə qabı-4 man,12 ədədnəlbəki - 9 man, 12 ədəd stəkan - 9 man, 2 ədəd qənd qabı - 8 man,4 ədəd ayaqlı mürəbbə qabı 10 man,Kişik ləyən 1 man,Kiçik ləyən 1 man, Orta ləyən - 1 man, Böyük ləyən - 2 man, ədəd çay dəsmalı - 12 manat,6 ədəd əl-üz dəsmalı - 15 manat,6 ədəd dolma üçün bukud 24 man,Dəmir kruşka - 2man,Çaşka-nəlbəki dəsti - 10 manat, 1 korobka stəkan - 24 man, Bıçaq dəsti-6 predmet- 6 manat, 2 ədəd dəmir verdrə - 6 man, 48 ədəd boşqab dəsti 36 man, 6 ədəd aş üçün bulud - 30 man, Böyük tava -26 man, Orta tava - 22 man, Kiçik tava - 1 2 man, Qapaqlı tava - 12 man, Böyük qazan- 30 man, Orta qazan -24 man, Kişik qazan- 20 man, 2 ədəd qənd qabı- 8 man, 2 ədəd qulplu meyvə qabı- 8 man, 2 ədəd kiçik meyvə qabı 8 man, 2 ədə bəzəkli meyvə qabı 28 man, Rumka dəsti- 4 manat, Yemək saxlamaq üçün qab- 5 man, Duxovka şüşə qabı 7 man, Haftafa -3 man, Böyük güldan - 12 man, 2 ədəd çexolprostina dəsti- 40 m, 2 ədəd pərdəyə maqnit- 7 man, Çaydəsmalı -10 man, Rusiya istehsalı 3 dəst çexol-prostina-40 manat, Güldan üçün güllər - 10 manat, Abgərdən dəsti- 15 man, Qrafin dəsti - 90 man, 2 ədəd vaza -80 man, Güldan- 60 man, Rusiya istehsalı blender - 30 manat, 4 ədəd mürəbbə qabı 10 man, 2 karobka stəkan -12 man, 2 ədəd qənd qabı - 8 man, 2 karobka nəlbəki - 12 man, 2 ədəd ləpə qabı - 5 man, Tort boşqabı 4 man, 2 korobka rozetka- nəlbəki 8 man, Nar duz qabı 3 man, 2 ədəd kül qabı - 4 man, 2 ədəd naxışlı ləpə qabı- 3 man, 1 karobka armudu stəkan - 6 man, 1 dəst sadə bakal - 6 man, qab üçün su çəkən-6 man, Xrustal güldan 20 man, Mətbəx pərdəsi 12 man, Ananas formalı qənd qabı -5 man, 2 ədəd heykəl atlar 14 manat, Qalın kurta-50 man, nazik kurtka- 40 man, 5 ədəd donlar-140 man, Elektrik çayqaynadan- 25 manat əmlak hissədə təmin edilsin iddianın qalan hissəsi rəd edilməsi, iddianın 186 manat tələbinə dair hissədə- 104 manat təmin edilməklə iddiaçı X4 xeyrinə verilməsin, iddianın 1000 manat tələbinə dair hissədə iddiaçı X2 iddiası təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıların xeyrinə verilməsi qərara alınmışdır. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1506/2019 saylı 28 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu 16.03.1994-cü il tarixdə anadan olmuş, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-63/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-63/2022
25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver