Məhkəmə qərarları › İş №8(014)-63/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-63/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-63/2024 15.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Apellyasiya Məhkəməsinin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsnin 2(107)- 454/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə cavabdeh Borclu alınıb iddaçı Tələbkar verilməli olan əyarı 750, çəkis 60 qram İtalya istehsallı ağ qızıldan olan üzərində 7 ədəd brilyant qaşlarla bəzənmiş kolye, brilyant üzük-sırğa, üzərndə 6 ədəd brilyant qaşlarla bəznənmiş qolbaqdan ibarət qadın üçün qarnitur dəstnin qiyməti 6600 manat, əyarı 750 çəkisi 6 qram, İtalya istehsallı ağ qızıldan olan üzərində 5 ədəd brilyant qaşlarla bəznmiş qadın üçün qızıl nişan üzüyünün qiyməti 660 manat, əyarı 750 çəkisi 8 qram, italya istehsallı brilyant qaşlarla bəzənmiş qadın üçün qızıl qolbağın qiyməti 880 manat, qızıl-zinət əşyalarının cəmi qiymət 8140 manat, ödənlmiş dövlət rüsumunun məbləği 101.40 manat, əmlakın qiymətləndrilməsi üçün məbləğ 84.20 manat müəyyən edilməlidr. İcra işinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Ağdaş şəhəri, H.Əliyev prospekt, ev-2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun qətnamə üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Şəki Apellyasiya Məhkəməsnin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə cavabdeh Borclu alınıb iddaçı Tələbkar verilməli olan əyarı 750, çəkis 60 qram İtalya istehsallı ağ qızıldan olan üzərində 7 ədəd brilyant qaşlarla bəzənmiş kolye, brilyant üzük-sırğa, üzərndə 6 ədəd brilyant qaşlarla bəznənmiş qolbaqdan ibarət qadın üçün qarnitur dəstnin qiyməti 6600 manat, əyarı 750 çəkisi 6 qram, İtalya istehsallı ağ qızıldan olan üzərində 5 ədəd brilyant qaşlarla bəznmiş qadın üçün qızıl nişan üzüyünün qiyməti 660 manat, əyarı 750 çəkisi 8 qram, italya istehsallı brilyant qaşlarla bəzənmiş qadın üçün qızıl qolbağın qiyməti 880 manat, qızıl-zinət əşyalarının cəmi qiymət 8140 manat, ödənlmiş dövlət rüsumunun məbləği 101.40 manat, əmlakın qiymətləndrilməsi üçün məbləğ 84.20 manat müəyyən edilsin. Təqdimata əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 14 dekabr 2023-cü il tarixli, № e271562/2023-71-6- 004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-454/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Ağdaş şəhəri, H.Əliyev prospekti, ev-2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar