Məhkəmə qərarları › İş №8(014)-65/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-65/2023

14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-65/2023 14.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi və Borclu iştrakı ilə, Tələbkar 16 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatına 14 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar 16 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatı belə əsaslandırılmışdır ki, Tələbkar 16 saylı, 10 oktyabr 2022ci il tarixli qərarına əsasən Borcludan 308.23 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu göstərmişdir ki, Tələbkar 16 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarına əsasən 308.23 manat məbləğində vergi borcu dövlət nəfinə maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, ona Ağdaş rayon İcra və Probasiya Şöbəsindən heç bir rəsmi bildiriş gəlmədiyini, qısa müddət ərzində borcunu hissə-hissə olmaqla ödəyəcəyini, buna görə də barəsində verilmiş təqdimatın rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna və tələbkara məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun və tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Tələbkar 16 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Borcludan 212.40 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Tələbkar 16 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarına əsasən Borcludan 308.23 manat məbləğində vergi borcu tutularaq dövlət nəfinə ödənilməsinə dair icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Borclu borcunu ödəməsi üçün bildirirş göndərilmişdir. Təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Tələbkar 16 saylı, 10 oktyabr 2022ci il tarixli qərarına icrası ilə əlaqədar 25 oktyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icraata başlamaq haqqında qərar, bildirişlər göndərilsə də, qərarın və bildirişin borcluya təqdim edilib-edilməməsi barədə müvafiq sənəd olan poçt göndərişi iş materialına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, borcluya qərarın və bildirişin göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmədiyindən Borclu hərəkətlərində icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınma halı müəyyən etmək mümkün deyildir. Buna görə də Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanununun 43- 44 və 84-cü maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ: Təqdimat rədd edilsin. Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar