Məhkəmə qərarları › İş №8(014)-69/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-69/2022

28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-69/2022 28.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 Ağdaş Rayon Məhkəməsinin 2(014)-333/2021 saylı 09 mart 2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına 28 fevral 2022-ci il tarixdə saat 15:35-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-333/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Borclu 17.11.2020-ci il tarixdən başlayaraq 02.09.2013-cü il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulub ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməkdən yayınaraq məhkəmə qərarı üzrə üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etməmişdir. Həmçinin borclunun icra sənədi üzrə tələbi təmin etməsi üçün onun ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ağdaş rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkarlara məlumat verilmiş, lakin icra məmuru, borclu və tələbkarlar məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə icra məmurunun, borclunun və tələbkarlar iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu borcunu ödəməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutan məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə anadan olmuş, Ağdaş rayonu Gürcuva kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Bu barədə borcluya, tələbkara və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar