Məhkəmə qərarları › İş №8(014)-7/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-7/2025

15.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-7/2025 15.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(014)-1372/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə Borclu Allahveri oğlunun məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1372/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu Allahveri oğlunun məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş borclunun məcburi gətirilməsi haqqında qərarı nəzərdən keçirərək hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İşin materiallarından görünür ki, icra məmuru tərəfindən Borclu Allahveri oğlunun məcburi gətirilməsi barədə qərar qəbul edilsə də, həmin qərar 07 yanvar 2025-ci il tarixdə imzalanmaqla dərhal sonra borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmiş, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət gözlənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun Borclu Allahveri oğlunun məcburi gətirilməsi barədə təqdimat və ona əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar