Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-70/2024 26.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(011)-3261/2022 icra vərəqəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(011)- 3261/2022 və icra vərəqəsinə əsasən borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)- 3261/2022 saylı 26 avqust 2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 xx.xx.2016 təvəllüdlü X1 və 05.05 2018 –ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. İcra işinin icrasını təmin etmək məqsədi ilə borclular ölkədən getmək hüququ icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq Xətai rayon məhkəməsinin 2(011)-3261/2022 saylı 26 avqust 2022-ci il tarixlı icra vəeəqəsi üzrə Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 59-da yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2 (011)-3261/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu uşağı X1 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 manat aliment tutulub iddiaçı Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş 28 avqust 2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasov tərəfindən Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(011)-3261/2022 saylı icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 8 sentyabr 2022-cü il tarixli, № 1/197127/2022 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahir Abbasovun təqdimatı təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2 (011)-3261 /2022 saylı və tarixli icra sənədi üzrə borclu, xx xxxxxx 1996-ci ildə Ağdaş şəhər C.Məmmədquluzadə küç-59-da anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-70/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-70/2024
26.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver