Məhkəmə qərarları › İş №8(014)-75/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-75/2022

14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-75/2022 14.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X12 Rayon Məhkəməsinin 2(014)-75/2022 saylı 22 iyun 2021-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına 14 mart 2022-ci il tarixdə saat 11:55-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş VAZ 21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatı belə əsaslandırmışdır ki, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu pulu tələbkar X2 xeyrinə "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində borcunu ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına VAZ 21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bu səbəbdən də Ağdaş Rayon Məhkəməsinin 2(014)-75/2022 saylı 22 iyun 2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş VAZ 21099 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq icra sənədi üzrə borcun həmin avtomobilə yönəldilməsi məqsədə uyğundur. Buna görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-75/2022 saylı 22 iyun 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cаvаbdеh X7 450 manat məbləğində pul alınıb iddiaçılar X5, X3, X4 və X1 verilmiş, iddia tələbi Borclu aid və qalan hissədə rədd edilmişdir. Göründüyü kimi qətnamə və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Borclu dair hissədə iddia tələbi təmin edilmədiyindən təqdimat geri qaytarılmalıdır. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X12 Rayon Məhkəməsinin 2(014)-75/2022 saylı 22 iyun 2021-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimat Ağdaş rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar