Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-77/2022 11.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2451/2018 saylı 29 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən X2 10 iyul 2018-ci il tarixdən başlayaraq 14.06.2012-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün X1 xeyrinə hər ay 120 manat aliment tutulmalıdır. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı borclu X4 məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinin üzərinə Ağdaş Rayon Məhkəməsinin 8(014)-79/2020 saylı 05 mart 2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar Mustafazadə (Xəlilova) Sevda Hünbət qızı 24.02.2022-ci il tarixdə Ağdaş rayon Notariat Ofisində təsdiq edilmiş ərizə ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-2451/2018 saylı 29 noyabr 2018-ci il tarixli icra sənədini icra etmədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 22-ci maddələrini rəhbər tutaraq borclu X4 məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2451/2018 saylı 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X2 10 iyul 2018-ci il tarixdən başlayaraq 14.06.2012-ci ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün X1 xeyrinə hər ay 120 manat aliment tutulması qət edilmişdir. Təqdimata əlavə edilmiş Ağdaş rayon məhkəməsinin 8(014)-79/2020 saylı 05 mart 2020-ci il tarixli qərardadının surətindən görünür ki, borcun ödənilməsi ilə bağlı borclu X4 məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş icra sənədi üzrə tələbkar Mustafazadə (Xəlilova) Sevda Hünbət qızının Ağdaş rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı ərizəsinin surətindən görünür ki, o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2451/2018 saylı 29 noyabr 2018-ci il tarixli icra sənədini icra etmədən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, tələbkar Mustafazadə (Xəlilova) Sevda Hünbət qızının Ağdaş Rayon Məhkəməsinin 2(014)-2451/2018 saylı 29 noyabr 2018-ci il tarixli icra vərəqəsinin icra edilmədən geri qaytarılmasını xahiş etdiyi üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 4/1930/2021 saylı icra işi üzrə borclu X4 məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağdaş rayon 4/1930/2021 saylı icra işi üzrə borclu X4 məxsus Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-77/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-77/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver