Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-84/2023 17.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 244/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il tarixdə anadan olmuş X6 18 yaşına çatana qədər saxlanılması üçün Tələbkar xeyrinə hər ay 110 manat aliment tutulmalıdır. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı Borclu məxsus Ağdaş rayonu, Cardam kəndində yerləşən 4,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,68 ha hissəsinin üzərinə Ağdaş Rayon Məhkəməsinin 8(014)-1074/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar etibarnamə üzrə nümayəndəsi, qardaşı X1 rayon İcra və Probasiya şöbəsinə xx.xx.2023-cü il tarixli ərizəylə müraciət edərək X6 yetkinlik yaşına çatdığını, icra sənədi üzrə aliment pullarını tam olaraq aldığını bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Ağdaş rayonu, Cardam kəndində yerləşən 4,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,68 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan Tələbkar etibarnamə üzrə nümayəndəsi, qardaşı X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Tələbkar ilə Borclu xx.xx.2004-cü il təvəllüdlü övladları X7 xx.xx.2022-ci il tarixdə 18 yaşını tamamlamış və Ağdaş Rayon Məhkəməsinin icra sənədləri üzrə yaranmış aliment borcları tam olaraq ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu adına Ağdaş rayonunun Cardam kəndində yerləşən 4,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,68 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-84/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-84/2023
17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver