Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-85/2023 27.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1533/2022 saylı 31 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatına 27 mart 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1533/2022 saylı 31 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov təqdimatı belə əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(014)-1533/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 2150 manat məbləğində pul və 92 manat ödənilmiş dövlət rüsumu, cəmi 2242 manat pul alınaraq Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə bağlı Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən boyun qaçırır. Buna görə də icra məmuru Borclu məcburi qaydada şöbəyə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdıran məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(014)-1533/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 2150 manat məbləğində pulvə 92 manat ödənilmiş dövlət rüsumu, cəmi 2242 manat (iki min iki yüz qırx iki manat) pul alınaraq Tələbkar verilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, icra işi üzrə Borclu borcunu ödəməmişdir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1982-ci il tarixdə anadan olmuş, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-85/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-85/2023
27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver