Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-85/2025 05.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 Rayon Notariat Kontorunun 8İ- 3667 nömrəli, 21 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X4 Rayon Notariat Kontorunun 8İ- 3667 nömrəli, 21 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Kontorunun 8İ-3667 nömrəli, 21 may 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 226.5 manat və 25 manat məbləğində pul vəsaiti və 0 manat, 0 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi 25 iyul 2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəfimdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin üzürlü səbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Notariat Kontorunun 8İ-3667 nömrəli, 21 may 2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin xeyrinə ünvan 2 olan Borclu (AZE********, xx.xx.2018 – Ağdaş RPŞ; FİN: xxxxxxx; d/t: xx.xx.1979) 0404-096134-02 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 226 manat 50 qəpik və borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 251 manat 50 qəpik pul tutulmalıdır. Təqdimata əlavə edilmiş 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən Ağdaş Rayon Notariat Kontorunun 8İ-3667 nömrəli, 21 may 2022-ci il tarixli icra sənədinə əsasən icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 25 iyul 2022-ci il tarixli, 114277 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov tərəfindən 27 yanvar 2025-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Notariat Kontorunun 8İ-3667 nömrəli, 21 may 2022-ci il tarixli icra qeydi üzrə ünvan 3i ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-85/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-85/2025
05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver