Məhkəmə qərarları › İş №8(014)-86/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-86/2023

17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-86/2023 17.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Əliyeva (Həsrətova) Natəvan Cəsarət qızının iştirakları ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 30 qram çəkisi olan 1800 manat dəyərində yoluçnu sep, 18 qram çəkisi olan 1082 manat dəyərində yoluçnu bilərzik, 6 qram çəkisi olan 360 manat dəyərində nazik bilərzik, 18 qram çəkisi olan 1260 manal dəyərində briliyant qaşlı sırğa üzük dəsti, 12 qram çəkisi olan 720 manat dəyərində nişan üzüyü, 20 qram çəkisi olan 1200 manat dəyərində klonlu ərəbski sep, 8 qram çəkisi olan 400 manat dəyərində paxlava formalı sep, 8 qram çəkisi olan 300 manat dəyərində gül formalı üzük, 6 qram çəkisi olan 300 manat dəyərində klon qızıl kitab 1100 manat dəyərində stenka mebel, 200 manat dəyərində televizor altı, 80 manat dəyərində duxovka, 50 manat dəyərində ütü stolu, 100 manat dəyərində listur, 40 manat dəyərində qavlama dəsti, müəyyən olunmadığı halda onların dəyəri 9670 (doqquz min altı yüz yetmiş) manat və 30 (iyirmi) manat dövlət rüsumu əvəzi alınaraq Əliyeva (Həsrətova) Natəvan Cəsarət qızına verilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədi üzrə borclu xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Şordəhnə kəndi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Əliyeva (Həsrətova) Natəvan Cəsarət qızı təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 30 qram çəkisi olan 1800 manat dəyərində yoluçnu sep, 18 qram çəkisi olan 1082 manat dəyərində yoluçnu bilərzik, 6 qram çəkisi olan 360 manat dəyərində nazik bilərzik, 18 qram çəkisi olan 1260 manal dəyərində briliyant qaşlı sırğa üzük dəsti, 12 qram çəkisi olan 720 manat dəyərində nişan üzüyü, 20 qram çəkisi olan 1200 manat dəyərində klonlu ərəbski sep, 8 qram çəkisi olan 400 manat dəyərində paxlava formalı sep, 8 qram çəkisi olan 300 manat dəyərində gül formalı üzük, 6 qram çəkisi olan 300 manat dəyərində klon qızıl kitab 1100 manat dəyərində stenka mebel, 200 manat dəyərində televizor altı, 80 manat dəyərində duxovka, 50 manat dəyərində ütü stolu, 100 manat dəyərində listur, 40 manat dəyərində qavlama dəsti, müəyyən olunmadığı halda onların dəyəri 9670 (doqquz min altı yüz yetmiş) manat və 30 (iyirmi) manat dövlət rüsumu əvəzi alınaraq Əliyeva (Həsrətova) Natəvan Cəsarət qızına verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra qrupunun icra məmuru Mahir Abbasov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli, № 1/46042 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun təqdimatı təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-167/2019 saylı, 28 yanvar 2019-cu il tarixli icra sənədi üzrə borclu, xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Şordəhnə kəndi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar