Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-94/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X2 Rayon Məhkəməsinin 2(014)-341/2021 saylı 09.03.2021-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına 13 aprel 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş “MİTSUBİSHİ PAJERO” minik markalı, BD180997 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “NİSSAN X-TRAİL” minik markalı, AC441441 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatı belə əsaslandırmışdır ki, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu pulu Tələbkar ASC-nin xeyrinə "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində borcunu ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına “MİTSUBİSHİ PAJERO” minik markalı, BD180997 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “NİSSAN X-TRAİL” minik markalı, AC441441 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bu səbəbdən də Ağdaş Rayon Məhkəməsinin 2(014)-341/2021 saylı 09.03.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş “MİTSUBİSHİ PAJERO” minik markalı, BD180997 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “NİSSAN X- TRAİL” minik markalı, AC441441 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq icra sənədi üzrə borcun həmin avtomobilə yönəldilməsi məqsədə uyğundur. Buna görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Tələbkar ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə müraciət edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı araşdıran məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, Borclu Ağdaş Rayon Məhkəməsinin 2(014)- 341/2021 saylı 09.03.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC-yə olan borcunu ödəməmişdir. Borclu haqqında E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu adına “MİTSUBİSHİ PAJERO” minik markalı, BD180997 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “NİSSAN X-TRAİL” minik markalı, AC441441 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına aşkar edilmiş “MİTSUBİSHİ PAJERO” minik markalı, BD180997 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “NİSSAN X-TRAİL” minik markalı, AC441441 qeydiyyat şəhadətnaməsinin nömrəli, **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №8(014)-94/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-94/2022
13.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver