Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-96/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 26.07.2017-cü il təvəllüdlü X3 və 01.10.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq Abbasova (Məmmədova) Şəbnəm Zabit qızına verilməlidir. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən ünvan 1i ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 26.07.2017-cü il təvəllüdlü X3 və 01.10.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq Abbasova (Məmmədova) Şəbnəm Zabit qızına verilməlidir. Təqdimata əlavə edilmiş 17.01.2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 17.10.2022-ci il tarixli, № 14126/2022-71-4-003 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İşin materiallarında olan 18.03.2022-ci il tarixli, 4/14126 saylı arayışdan görünür ki, Borclu Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə 1300 manat aliment borcu vardır. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Taleh Kərimov tərəfindən 18.03.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Yevlax Rayon Məhkəməsinin 2(039)-1422/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə ünvan 1i ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-96/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-96/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver