Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-98/2024 31.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Notariat Kontorunun 8i-2763 nömrəli,25 aprel 2024-cü il tarixli icra qeydinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon məhkəməsinə təqdimatla müraciət edərək, Ağdaş Rayon Notariat Kontorunun 8i-2763 nömrəli, 25 aprel 2024-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 26 aprel 2024-cü il tarixlı qərarla icraata başladığım Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş 8i-2763 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədinə əsasən xx xxxxxx 2001-ci ildə Tula şəhərində anadan olmuş və Ağdaş şəhəri , Heydər Əliyev pr, 7/12 ünvanında qeydiyatda olan və yaşayan Borclu 17448,41 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi 26 aprel 2024-cü il tarixində Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Notariat Kontorunun 8i-2763 nömrəli, 25 aprel 2024-cü il tarixli icra qeydinə əsasən Borclu 25 manat (iyirmi beş manat) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 17473 manat 41 qəpik(on yeddi min dörd yüz yetmiş üç manat qırx bir qəpik) pul tutulsun. Təqdimata əlavə edilmiş 29 aprel 2024-cü- il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Ağdaş Rayon Notariat Kontorunun 8i-2763 nömrəli, 25 aprel 2024-cü il tarixli icra qeydinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 26 aprel 2024-cü il tarixli, № 139153/2024-71-6-004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı təmin edilsin. Ağdaş Rayon Notariat Kontorunun 8i-2763 nömrəli,25 aprel 2024-cü il tarixli icra qeydinə əsasən borclu, Ağdaş şəhəri Heydər Əliyev pr, 7/12 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-98/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-98/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver