Məhkəmə qərarları › İş №8(014)-99/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-99/2022

11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-99/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru R.Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1748/2018 saylı 27.11.2018-ci il tarixli icra vərəqəsinə əsasən X2 11 iyul 2018-ci il tarixdən başlayaraq 21.01.2013-cü il tarixdə anadan olmuş X7 10.01.2005-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılması üçün X1 xeyrinə hər ay hər uşaq üçün 90 manat, cəmi 180 (bir yüz səksən) manat aliment tutulmalıdır. İcra sənədinin icrası ilə bağlı Ağdaş Rayon Məhkəməsinin 8(014)-445/2019 saylı 28.06.2019-cu il tarixli qərardadına əsasən X4 və ailə üzvlərinə məxsus 2.28 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 1.28 hektar hissəsi üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********60 nömrəli, 10 dekabr 2019-cu il tarixli məktubuna əsasən üzərinə həbs qoyulmuş Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 2.28 ha kənd torpaq sahəsində borclu X3 pay hüququnun olmaması bildirilmişdir. Göstərilənlərə əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 22-ci maddələrini rəhbər tutaraq borclu X4 və ailə üzvlərinə məxsus 2.28 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 1.28 hektar hissəsi üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1748/2018 saylı 27.11.2018-ci il tarixli qətnaməsi ilə X2 11 iyul 2018-ci il tarixdən başlayaraq 21.01.2013-cü il tarixdə anadan olmuş X7 10.01.2005-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılması üçün X1 xeyrinə 90 manat, cəmi 180 (bir yüz səksən) manat aliment tutulması qət edilmiş, icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon Məhkəməsinin 8(014)-445/2019 saylı 28.06.2019-cu il tarixli qərardadına əsasən X4 və ailə üzvlərinə məxsus 2.28 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 1.28 hektar hissəsi üzərinə həbs qoyulmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********60 nömrəli, 10 dekabr 2019-cu il tarixli məktubuna əsasən üzərinə həbs qoyulmuş Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 2.28 ha kənd torpaq sahəsində borclu X3 pay hüququnun olmaması bildirilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 8(014)-445/2019 saylı 28.06.2019-cu il tarixli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 1/5482 saylı icra işi üzrə JN-274, KOD 90316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən borclu X4 və ailə üzvlərinə məxsus 2.28 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 1.28 hektar hissəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 8(014)-445/2019 saylı 28.06.2019-cu il tarixli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 1/5482 saylı icra işi üzrə JN-274, KOD 90316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən borclu X4 və ailə üzvlərinə məxsus 2.28 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 1.28 hektar hissəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar