Məhkəmə qərarları › İş №8(015)-31/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №8(015)-31/2025

11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 8(015)-31/2025 11.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Maraqlı şəxs iştiraki ilə, Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması ilə bağlı X6 ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i: X3 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və miqdarının artırılaraq iki uşaq üçün tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 məhkəməyə ərizə ünvanlayaraq, ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması ilə bağlı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, ərizənin qaytarılmasına dair ərizə daxil olduğundan icra sənədi üzrə qətnamənin icrası zamanı tutulmalı aliment miqdarının artırılaraq indeksasiyasının həyata keçirilməsi ilə bağlı X6 ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması ilə bağlı X6 ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar