Məhkəmə qərarları › İş №8(016)-185/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-185/2023

05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-185/2023 05.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 2(016)-996/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasif Əliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasif Əliyev təqdimatla məhkəməyə müraciət edərək Ağsu rayonu Ərəbuşağı kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasif Əliyev 22 fevral 2022-ci il tarixli qərarla icraata başlanılan Ağsu rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-996/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1964,33 manat borc və 30 manat dövlət rüsumu məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq tələb edilmiş və icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar Ağsu rayon icra və Probasiya şöbəsinə gəlməsi ona bildirilmişdir. Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, verilən tələbləri yerinə yetirməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. Məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -Ağsu Rayon Məhkəməsinin 2(016)-996/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 10 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1738,69 manat məbləğində əsas, 167,6 manat məbləğində faiz borcu, 58,04 manat cərimə borcu olmaqla, cəmi 1964,33 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022ci il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu icra sənədi üzrə borcunu vaxtlı-vaxtında ödəməyəcəyi təqdirdə qanuna müvafiq qaydada məcburi icra tədbirlər görüləcəyi, inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağsu rayonu Ərəbuşağı kəndində yaşayan Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, borclu Ağsu rayonu Ərəbuşağı kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Borclu icra məmurunun çağırışı ilə gəlmədiyindən o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu rayonu, Ərəbuşağı kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə və Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar