Məhkəmə qərarları › İş №8(016)-219/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-219/2023

24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-219/2023 24.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 borcun hissə-hissə ödənilməsi barəsində ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021ci il tarixli qətnamənin icra sənədinin hissə-hissə icra edilməsi, yəni tələbkara hər ay 200 manat olmaqla ödəniş olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə borclu Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 3 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququnan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-31/2021 saylı iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən dəfn xərcləri üçün 8.900 manat, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmişdir. Məhkəmənin icra vərəqəsinə əsasən borclu olaraq tələbkara xx.xx.2022-ci ildə 1.000 manat, xx.xx.2022-ci ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat qəbzlərlə pul ödəmişdir. Belə ki, azadlıqdan məhrum edilmə yerindən təzə gəldiyindən və işsiz olduğundan, dərhal ödəniş edə bilmədiyinə görə Ağsu rayon İcra və Probasiya Şöbəsinin təqdimatına əsasən iki dəfə Ağsu Rayon Məhkəməsinin qərarı ilə 8 və 10 gün olmaqla inzibat qaydada həbs edilmişdir. Hal-hazırda onun hər ay üzrə tələbkara 500 manat pul ödəmək imkanında deyildir. Belə ki, işsizdir və xx.xx.2022-ci il tarixindən X6 rayon xidməti şöbəsində “işaxtaran” statusunda qeydiyyatdadır. Himayəsində xx.xx.2017-ci ildə doğulmuş Uğur və xx.xx.2020-ci ildə doğulmuş Önür adlı iki azyaşlı uşaqları vardır. Həmçinin xəstə atası ilə birgə yaşayır. Artıq maddi cəhətdən dirənmişdir. O, iddiaçınnın vəziyyətini başa düşür, ona və tələbinə hörmətlə yanaşır. Ödəniş etməkdən imtina etmir. Maddi durumunun nəzərə alınaraq ödənişin, yəni məhkəmə qətnaməsinin icrasının hissəhissə, yəni hər ay üzrə 150-200 manat ödəniş etməyi barədə qətnamə çıxarılmasını xahiş edir. X3 məhkəmə iclasında icra sənədinin icrasına möhlət verilməsini, ərizənin təmin edilməsini xahiş etdi. Ağsu Rayon İcra və Probasiya Şöbəsi və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 231.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borcluların əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etirilməsi qanunla borclu şəxslərin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə buna dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, borclunun ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 Ağsu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(016)-31/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar