Məhkəmə qərarları › İş №8(016)-220/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-220/2023

24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-220/2023 24.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin Borclu “avtomobilinin üzərinə həbs qoyulması” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya Şöbəsi Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borclular X1 və Borclu müştərək qaydada ümumilikdə 2.385,39 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınıb "xxxx" Kredit İttifaqı MMC-nin hesabına ödənilməsinə dair Ağsu Rayon Məhkəməsinin 2(016)- 343/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur. QAZ 32213 MİKROAVTOBUS markalı 06-BC- 306 dövlət qeydiyyat nişanlı nəqliyyat və HYUNDAİ SANTAFE minik markalı 90 BT-131 dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillərin açıq hərracda satılmalı və QAZ 32213 MİKROAVTOBUS markalı 06-BC- 306 dövlət qeydiyyat nişanlı nəqliyyat və HYUNDAİ SANTAFE minik markalı 90 BT-131 dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillərin satışından əldə olunmuş pul vəsaiti Borclu "xxxx" Kredit İttifaqı MMC-yə olan ümumilikdə 2.415,39 manat borcun ödənilməsi üçün yönəldilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü olaraq təmin etməsi barədə borclulara bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə nazirliyi “Elektron İcra” Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adına pul vəsaiti aşkar edilməmiş, lakin ona məxsus QAZ 32213 MİKROAVTOBUS markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat və HYUNDAİ SANTAFE minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillər aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Elektron İcra» sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adına QAZ 32213 MİKROAVTOBUS markalı **- BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat və HYUNDAİ SANTAFE minik markalı 90 BT-131 dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillər qeydiyyatdadır. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Həmin Qanunun 50.3-cü maddəsinə görə, borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna məhkəmə icraçısı tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. 50.6. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Borclu borcu ödəməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, ona məxsus əmlaklar üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış QAZ 32213 MİKROAVTOBUS markalı, (ban nömrəsi - **********7014) **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat və HYUNDAİ SANTAFE minik markalı, (ban nömrəsi - KMHSC81B93U366773) **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar