Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-224/2023 01.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin Borclu barəsində “məcburi gətirmə tətbiq olunmasına dair” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon İcra və Probasiya Şöbəsi Borclu barəsində “məcburi gətirmə tətbiq olunmasına dair” təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsinə əsasən, borclu tərəfindən tələbkar şəxsə borcunun ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, borcluya rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi və Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Ağsu Rayon İcra və Probasiya Şöbəsi, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 231.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Bu səbəbdən, borclu Ağsu Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu barəsində məcburi gətirmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü, Ağsu rayonu, İlxıçı kəndi qeydiyyatda olan Borclu Ağsu Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-224/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-224/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver