Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-227/2023 01.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-398/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Nəsirovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-398/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini edilməsi məqsədi ilə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov ərizə ilə müraciət edərək borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, Ağsu rayon icra və probasiya şöbəsinin icra məmuru Fərid Nəsirov ərizə ilə məhkəməyə müraciət edərək Ağsu Rayon Məhkəməsinin 2(016)-103/2023 saylı, Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair xx.xx.2023-cü il tarixli təqdimatın və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatın baxılmadan geri qaytarılması barədə müraciət nəzərə alınmalı və verilmiş təqdimat baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-398/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru Fərid Nəsirovun təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-227/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-227/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver