Məhkəmə qərarları › İş №8(016)-27/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-27/2024

16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-27/2024 16.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-170/2021 saylı icra sənədi üzrə borclu XXX Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək Ağsu şəhəri, Koroğlu küçəsi, ev 3-də qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü XXX Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan Ağsu rayon Məhkəməsinin tərəfindən verilmiş 2(016)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh XXX Borclu ümumilikdə 3682,20 manat borc alınaraq tələbkar “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməlidir. İş üzrə borclu XXX Borclu dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədlərinin icrasının təmin etmək məqsədilə XXX Borclu adma əmlakın olub olmaması və pensiya alıb almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatalara əsasən məlum olmuşdur ki, borclunun adına tələbin yönəldiləcək biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-170/2021 saylı icra sənədindən görünür ki, cavabdeh XXX Borclu 3500 (üç min beş yüz) manat məbləğində əsas borc, 146,30 (yüz qırx altı manat otuz qəpik) manat məbləğində faiz borcu, 35,90 (otuz beş manat doxsan qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 3682,20 (üç min altı yüz səksən iki manat iyirmi qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(016)-170/2021 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu şəhəri, Koroğlu küçəsi, ev 3-də qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü XXX Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gun) müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar