Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-278/2023 13.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, X1 borcun hissə-hissə ödənilməsi barəsində ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Məhkəməsinin 2(016)-1676/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin 2(016)-1676/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X6, X7 və X5 "xxxx" ASC-nin xeyrinə 32.464,98 ABŞ dolları borcun tutulması və tutmanın Ağsu şəhəri M.V.Vidadi küçəsi 41 saylı evin 3-cü mərtəbəsində yerləşən 35 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlilmişdir. Qətnamənin hissə-hissə icrasına dair qərardad qəbul edilməlidir. Belə ki, mənzilin mülkiyyətçisi olan (ipoteka qoyan) atası vəfat etmişdir, qətnəmə çıxarılarkən və mənzil açıq hərracda satılarkən mənzildə yaşayan ailə üzvləri nəzərə alınmamışdır. Hazırda yaşamağa başqa yerləri də yoxdur. Bundan başqa, o, və ailə üzvləri mübahisəli mənzildə istifadə hüquqları var və həmin hüquqa yalnız məhkəmə qaydasında yeni mülkiyyətçi tərəfindən verilən iddia əsasında xitam verilə bilər. Bu barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi yoxdur. Bu barədə icra məmuruna dəfələrlə bildirsələr də nəticəsi olmamışdır. Bundan başqa tələbkar "xxxx" QSC-yə müraciət edərək qətnamənin hissə hissə yəni 10.000 manatnı qabaqcadan yerdə qalanı isə hissə-hissə olmaqla aylara bölünməsi barədə müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə qaydasında həlli zərurəti yaranmışdır. Ağsu Rayon İcra və Probasiya Şöbəsi, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 231.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X3, X7 və X9 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia Ağsu rayon Məhkəməsinin 2(016)-1676/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər X6, X7 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2(107)-46/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Ağsu rayon Məhkəməsinin 2(016)-1676/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilərək, X8 xüsusi mülkiyyətində olan Ağsu şəhəri, M.V.Vidadi küçəsi, 41 saylı evin 3-cü mərtəbəsində yerləşən 68.1 kv m ümumi, 45.9 kv m yaşayış, 22.2 kv m yardımçı sahədən ibarət 3 otaqlı, 35 nömrəli mənzilin ilkin satış qiymətinin 28.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borcluların əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, kredit borcunun tutulması ipoteka predmeti olan X8 xüsusi mülkiyyətində olan Ağsu şəhəri, M.V.Vidadi küçəsi, 41 saylı evin 3-cü mərtəbəsində yerləşən 68.1 kv m ümumi, 45.9 kv m yaşayış, 22.2 kv m yardımçı sahədən ibarət 3 otaqlı, 35 nömrəli mənzilə yönəldiyindən, icra sənədinin hissə-hissə icra edilməsi mümkün deyildir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Ağsu Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-278/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-278/2023
13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver