Məhkəmə qərarları › İş №8(016)-282/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-282/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-282/2023 23.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, X1 iştirakı ilə, Ağsu rayon İcra və Probasiya Şöbəsinin Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ağsu rayon İcra və Probasiya Şöbəsi Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon Məhkəməsinin 2(016)-555/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 28.102019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq tələb edilmiş və icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar Ağsu rayon icra və probasiya şöbəsinə gəlməsi ona bildirilmişdir.Borclu Ağsu rayon icra və probasiya şöbəsinə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.Borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, verilən tələbləri yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon icra və probasiya şöbəsinə gəlməsi, qanunla nəzərda tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə borcluya və Ağsu rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Ağsu Rayon Məhkəməsinin 2(016)-555/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 28.102019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarı ilə icra vərəqəsi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağsu şəhəri, Meleratorlar qəsəbəsi, ev 5-də yaşayan Borclu məcburi qaydada Ağsu rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun icra qurumuna dəvət olunması və bunun müqabilində borclunun icra qurumuna gəlməkdən imtina etməsi təsdiqini tapmamış, həmçinin onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi iş materialları ilə sübut olunmamışdır. Beləliklə, məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar