Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-286/2023 27.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Borclu iştirakı ilə? Ağsu Rayon İcra və Probasiya Şöbəsinin Borclu barəsində “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon İcra və Probasiya Şöbəsi Borclu barəsində “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair” təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-6653/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq məmmədova Nərgiz Mansur qızına ödənilməlidir. İş üzrə Borclu dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına əmlakların olub-olmaması və pensiya alıb-almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatlara əsasən məlum olmuşdur ki, Borclu adına tələbin yönəldiləcək biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu ölkə sərhədlərini tez-tez dəyişir. Bu səbəbdən, borcu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında təqdimata etiraz edərək, rədd edilməsini xahiş etdi. Ağsu Rayon İcra və Probasiya Şöbəsi və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 231.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İcra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq, bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. MPM-in 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-286/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-286/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver