Məhkəmə qərarları › İş №8(016)-294/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-294/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-294/2023 30.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ağsu rayon icra şöbəsinin böyük icra məmuru X2, Borclu iştirakları ilə, Ağsu Rayon Məhkəməsinin 8(016)-116/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı əsasında avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Ağsu rayon icra şöbəsinin böyük icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 2(016)-658/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu və X1 müştərək qaydada cəmi 737,72 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Ağsu rayon məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Ağsu rayon icra və probasiya şöbəsi məhkəməyə təqdimat ilə müraciət edərək Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılan Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-658/2016 saylı, xx.xx.2016cı il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu və X1 müştərək qaydada cəmi 737,72 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüş, Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması Ağsu rayon məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-ci il tarixli qərardadı ilə təmin olunmuşdur. İş üzrə müvafiq icra tədbirləri görülmüş, icra sənədi üzrə borclu tələb olunan məbləğin təyinatı üzrə tam ödənilməsini təmin etmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və Ağsu rayon icra və probasiya şöbəsinin xx.xx.2023-ci il tarixli qərarı ilə icraata xitam verilmiş, avtomobilin üzərinə həbs qoyulmasına səbəb olan hallar aradan qaldırılmışdır. Göstərilənlərə əsasən Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsinə dair məsələyə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Ağsu rayon icra şöbəsinin böyük icra məmuru X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu məhkəmə qətnaməsinin tam icra edildiyini, bu səbəbdən təqdimatın təmin edilməsini və əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-658/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu və X1 müştərək qaydada cəmi 737,72 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-ci il tarixli qərardadı ilə Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Ağsu Rayon icra və probasiya şöbəsinin 1621/1065-49-7 saylı, xx.xx.2023-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ağsu Rayon Məhkəməsi tərəfindən 2(016)-658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-658/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular Borclu və X1 müştərək qaydada cəmi 737,72 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Ağsu rayon məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-ci il tarixli qərardadı ilə Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda məhkəmə qətnaməsi icra edilmiş və icra sənədinin icraatına xitam verilmişdir. Göründüyü kimi Ağsu Rayon Məhkəməsinin 2(016)-658/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu borcu bağlanmışdır. Belə olan halda həbsin qalması zərurəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə borcluya məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 8(016)-116/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “KAMAZ 55111” yük markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağsu Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar