Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-295/2023 01.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus olan “daşınmaz əmlak üzərinə həbs qoyulması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya Şöbəsi Borclu məxsus əmlakının üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4000.00 manat məbləğində inzibati cərimə bundan əlavə 20 aprel 2023-cü il tarixli qərarla icraata başladığım Azərbaycan Respublikasının Qida X2 Regional bölməsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli Borclu 4000.00 manat məbləğində inzibati cərimələri dövlət nəfinə ödənilməsinə dair inzibat protokollar wzr’ Borclu dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, icra sənədi üzrə tələb olunan vəsaitin təyinatı üzrə ödənilməsi ondan tələb olunan vəsaitin təyinatı üzrə ödənilməsi ondan tələb olunmasına baxmayaraq hazırkı vaxta kimi icra sənədi üzrə verilən tələbləri yerinə yetirilməmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə “Elektron icra” informasiya sisteminə sorğular edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il il tarixli **********27 saylı məktubu ilə göndərilmiş JN-94A nömrəli dövlət aktına əsasən məlum olmuşdur ki, Borclu məxsus birgə mülkiyyətdə Ağsu rayonu, Arat-Curuğlu kəndi ərazisində 0.0900 hektar və 1.3877 ha, 0.3535 ha, 0.04397 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Ona görə də Borclu məxsus olan Ağsu rayonu, Arat-Curuğlu kəndində 0.0900 hektar və 1.3877 ha, 0.3535 ha, 0.04397 ha ölçülərdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün saymışdır. İş materiallarından görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə icra sənədinin icaatına başlanılmış və Borclu barəsində qərarın icrası ilə əlaqədar 20 aprel 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildirişdə borcluya qərarın könüllü icra edilməsi üçün on gün vaxt verilmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Borclu adına Ağsu rayonunun Arat-Curuğlu kəndində 0.0900 hektar ümumbirgə həyətyanı torpaq sahəsi və 1.3877 ha, 0.3535 ha, 0.04397 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da qətnamənin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağsu rayonunun Arat-Curuğlu kəndi ərazisində 0.0900 hektar ümumbirgə həyətyanı torpaq sahəsinin və 1.3877 ha, 0.3535 ha və 0.04397 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu məxsus olan payı üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-295/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-295/2023
01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver