Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-298/2023 30.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1043/2016 saylı məhkəmə əmri üzrə Borclu məcburi qaydada gətirilməsi barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Əliyevin təqdimatına Ağsu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1043/2016 saylı məhkəmə əmrinə əsasən borclular Ağsu rayonu, Kəndoba kəndində yaşayan X1 və zamin Ağsu rayonu, Kəndoba kəndində yaşayan Borclu müştərək qaydada "FİNCA Azərbaijan" X3 Bank Kredit Təşkilatının xeyrinə 793,78 AZN əsas borcun məbləği, 88,96 AZN faiz, 125,81 AZN cəıimə, 20 manat dövlət rüsumu, ümumilikdə isə 1033,55 AZN "FİNCA Azərbaijan" X4 X5 hesabına (A1. Ernilent (ödəyən) bank adı: PAŞA Bank ASC kodu: 505141, VÖEN: **********, müxbir hesab AZ82NABZ ********************, Alanın bankı Adı OXA BİK CTREAZ22 kod: 210005, VOEN: **********. M/h AZ41NABZ0136C**********03944) tutulması əmr edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Əliyev təqdimatla məhkəməyə müraciət edərək Ağsu rayonu, Kəndoba kəndində yaşayan xx.xx.1965-ci il təvəllüdlü Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Əsgərov 28 aprel 2016-cı il tarixli qərarla icraata başlanılan Ağsu rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-1043/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X1 və Borclu 1033,55 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq tələb edilmiş və icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi ona bildirilmişdir. Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, verilən tələbləri yerinə yetirməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. İş üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-1043/2016 saylı məhkəmə əmrinə əsasən Borclular Ağsu rayonu, Kəndoba kəndində yaşayan X1 və zamin Ağsu rayonu, Kəndoba kəndində yaşayan Borclu müştərək qaydada "FİNCA Azərbaijan" X3 Bank Kredit Təşkilatının xeyrinə 793,78 AZN əsas borcun məbləği, 88,96 AZN faiz, 125,81 AZN cəıimə, 20 manat dövlət rüsumu, ümumilikdə isə 1033,55 AZN "FİNCA Azərbaijan" X4 X5 hesabına (A1. Ernilent (ödəyən) bank adı: PAŞA Bank ASC kodu: 505141, VÖEN: **********, müxbir hesab AZ82NABZ ********************, Alanın bankı Adı OXA BİK CTREAZ22 kod: 210005, VOEN: **********. M/h AZ41NABZ0136C**********03944) tutulması əmr edilmişdir. - Ağsu Rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarı ilə məhkəmə əmri üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Ağsu Rayon icra və probasiya şöbəsinin borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağsu rayonu, Kəndoba kəndində yaşayan Borclu məcburi qaydada Ağsu rayon İcra şöbəsinə gətirilməsi barədə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2016-cı ildə göndərilmiş, həmin qərar və bildirişin borcu tərəfindən qəbul edilib-edilməməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa xx.xx.2016-cı il tarixdən hazıradək borcluya məlumat verilməsi təsdiqini tapmamış, həmçinin onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi iş materialları ilə sübut olunmamışdır. Beləliklə, məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, Ağsu rayonu, Kəndoba kəndində yaşayan Borclu Ağsu rayon İcra və Probasiya Şöbəsinə məcburi gətiriməsi barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Əliyevin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağsu rayonu, Kəndoba kəndində yaşayan Borclu Ağsu rayon İcra və Probasiya Şöbəsinə məcburi gətiriməsi barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Əliyevin təqdimatı rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №8(016)-298/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-298/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver