Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-305/2023 12.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Borclu məxsus “avtomobilin üzərinə həbsin qoyulması” barədə Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsi Borclu məxsus “VAZ 2121” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu 1.377,32 ABŞ dolları borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmri xx.xx.2018-ci il tarixdə icraata daxil olmuşdur. “VAZ 2121” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı və avtomobilin satışından əldə olunmuş pul vəsaiti Borclu "xxxx" ASCyə olan ümumilikdə 1.377,32 ABŞ dolları borcun ödənilməsi üçün yönəldilməlidir. Məhkəmə əmrində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borclulara bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Məhkəmə əmrinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra” Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adına pul vəsaiti aşkar edilməmiş, lakin ona məxsus “VAZ 2121” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərk hesab edir ki, təqdimat təmin edilməlir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-252/2018 nömrəli məhkəmə əmrindən görünür ki, Borclu 1.377,32 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra” sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adına ban nömrəsi XTA212100J0662454 olan, “VAZ 2121” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Həmin Qanunun 50.3-cü maddəsinə görə, borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna məhkəmə icraçısı tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5. Üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. 50.6. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Borclu borcu ödəməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, ona məxsus ban nömrəsi XTA212100J0662454 olan, “VAZ 2121” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış ban nömrəsi XTA212100J0662454 olan, “VAZ 2121” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-305/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-305/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver