Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-312/2023 12.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, X1 borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Notariat Ofisinin 8İ-5453 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi ilə ondan tutulmalı olan 7.252,85 manat pulun, hər ay 100 manat tutularaq hissə-hissə ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar "xxxx" ASC-nin xeyrinə 7.252,85 manat tutulması barədə Ağsu rayon Notariat Ofisinin 8İ-5453 saylı, 17 oktyabr 2023-cü il tarixli icra qeydi aparılmışdır. Hazırda icra sənədinin icra olunması üçün Ağsu rayon icra probasiya şöbəsinə göndərilmişdir. Banka olan borcunun ödənişlərində problem yaranmasına səbəb səhhətində yaranmış ağır xəstəlikdir. Onda “sümüklərin siqnal intensivliyindən diffuz azalma-Splenomeqaliya” xəstəliyi aşkar olunduğundan, iş qabiliyyətini itirmiş və işdən çıxmışdır. Hazırda müalicə alır və mütəmadi həkim müayinəsində olur. Müalicə xərclərinə və ailəsinə baxmaq üçün qohumları maddi köməklik edirlər. Hazırda imkanı çatdığı qədər ödəniş edir. Sonuncu dəfə 50 manat ödəniş etmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsi, borclu və tələbkar məhkəmə iclasında təmsil olunmamışlar. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Notariat Ofisinin 8İ-5453 saylı, 17 oktyabr 2023-cü il tarixli icra qeydindən görünür ki, Ağsu rayon Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən X2ndan tələbkar "xxxx" ASC-nin xeyrinə BPM**********27 nömrəli müqaviləyə əsasən 7.227,85 manat borcun və 25 manat dövlət rüsumun tutulması barədə icra qeyd aprılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, X5 “Sümüklərin siqnal intensivliyindən diffuz azalma-Splenomeqaliya xəstəliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra olunması dedikdə, onun icrasının müəyyən zaman intervalı və hər hissənin icra müddəti nəzərə alınmaqla hissə-hissə həyata keçirilməsi başa düşülür. Məhkəmə icra işi materiallarını araşdırıb, borclunun maddi vəziyyətinin olmamasını və onun xəstə olmasını nəzərə alıb hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ağsu rayon Notariat Ofisinin 8İ-5453 saylı, 17 oktyabr 2023-cü il tarixli icra qeydinin hissə-hissə ödənilməsi, yəni icra qeydi ilə müəyyən edilmiş 7.252,85 manat pul borclundan, hər ay 100 (yüz) manat tutulub tələbkar "xxxx" ASC-yə ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-312/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-312/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver