Məhkəmə qərarları › İş №8(016)-320/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-320/2023

20.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-320/2023 20.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-736/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan Agsu rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)736/2022 saylı,xx.xx.2022-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu cəmi 3.539,62 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə Borclu dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədlərinin icrasının təmin etmək məqsədilə Borclu adına əmlakın olub olmaması və pensiya alıb almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatalara əsasən məlum olmuşdur ki, borclunun adına tələbin yönəldiləcək biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-736/2022 saylı icra sənədindən görünür ki, Borclu xx.xx.2021-ci il tarixli 326120-CNS-23894 saylı “kredit xətti müqaviləsi’’nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borcu olduğu 2.623,14 manat məbləğində əsas borc, 324,23 manat məbləğində faiz borcu, 537,40 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümunmilikdə 3.484,77 manat pul məbləğinin və iddia qaldırılması üçün ödənilmiş 54,85 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(016)-736/2022 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gun) müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar