Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-321/2023 22.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ağsu rayon İcra və Probasiya şöbəsinin Borclu “məcburi gətirilməsi barədə” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu barəsində məcburi gətirilmə tətbiq edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən verilmiş icra sənədinə əsasən, borclu tərəfindən tələbkar şəxsə borcunun ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, borcluya rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi və Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. Ağsu rayon İcra və Probasiya şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2022-ci ildə göndərilmiş, həmin qərar və bildirişin borclu tərəfindən qəbul edilib-edilməməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, 2022-ci ildən hazıradək borcluya məlumat verilməmiş, onun hazırkı dövrdə icra qurumuna dəvət olunması və bunun müqabilində borclunun icra qurumuna gəlməkdən imtina etməsi təsdiqini tapmamış, həmçinin onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi iş materialları ilə sübut olunmamışdır. Beləliklə, məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Anar Əsgərov
Məhkəmə qərarları › İş №8(016)-321/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-321/2023
22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver