Məhkəmə qərarları › İş №8(016)-328/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-328/2023

30.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-328/2023 30.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-717/2023 saylı icra sənədi üzrə borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rasif Əliyev təqdimatla məhkəməyə müraciət edərək Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan xx.xx.2000ci il təvəllüdlü X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Ağsu rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3 9600.00 manat məbləğində pul vəsaiti və 116.00 manat dövlət rüsumu alınaraq X1 hesabına ödənilməlidir. İş üzrə borclu X5 dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və borcun tələbkarın xeyrinə ödənilməsi tələb olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu X4 adına əmlakın olub olmaması və pensiya alıb almaması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatlara əsasən məlum olmuşdur ki, borclunun adma tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu X6 ölkə sərhədlərini tez-tez dəyişir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasif Əliyevin təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X6 izahat verərək hazırda borcu bir dəfəyə ödəməyə imkanı olmadığını, tələbkarla razılaşdığını, borcu hissə-hissə ödədiyini bildirdi və təqdimatın təmin edilməsinə etiraz etmədi. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-717/2023 saylı icra sənədindən görünür ki, Cavabdeh X3 9600 manat və dövlət rüsumu olaraq ödənilmiş 116 manat məbləğində vəsait alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-717/2023 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gun) müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar