Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-331/2023 25.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü və xx.xx.2023cü il tarixli qərardadları əsasında daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə X1nun, həmçinin iddiaçılar X4 və X3 nümayəndəsi Vəkil ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikaslı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri, Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********56-12301 reyestr nömrəli çıxarışa əsas Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən, ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu- Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilməsi, müvəqqəti təminat tədbirinin xx.xx.2023-ci il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda X1, həmçinin iddiaçılar X4 və X3 nümayəndəsi Vəkil müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X1 müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikaslı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri, Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********56-12301 reyestr nömrəli çıxarışa əsas Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alınmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən, ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəni təmin etmiş, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu- Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilməsini, eyni zamanda müvəqqəti təminat tədbirinin xx.xx.2023-ci il tarixdə qüvvədən düşməsini qərara alınmışdır. İddiaçılar həmin müddət ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında məsələyə yenidən baxılmasına dair vəsatət vermişlər. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatəti təmin etmişdir. Hazırda tərəflər mübahisəni barışıq yolu ilə həll edirlər, mübahisənin həlli ilə bağlı bütün şərtləri razılaşdırıblar, həmin şərtlərin reallaşması üçün müvəqqəti təminat tədbirinin predmeti olan əmlakın üzərinə qoyulmuş qadağanın götürülməsi zərurəti yaranmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmiş, müvəqqəti təminat tədbirinin xx.xx.2023-ci il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İş materiallarından da görünür ki, müvəqqəti təminat tədbirinin ləğv edilməsinə dair ərizəni daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş etmiş tərəf vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilməli, **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Ağsu Rayon Məhkəməsinin e-16(016)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ləğv edilsin. **********56-12301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydə alnmış Ağsu rayonu, Qaraqaşlı kəndi, Ağsu-Kürdəmir yolunun 2-3-cü km-də, yolun şimal tərəfində yerləşən 0,25 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 305.2 kv.m olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №8(016)-331/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-331/2023
25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver