Məhkəmə qərarları › İş №8(016)-40/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-40/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-40/2024 06.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin 2(016)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Əsgərovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Əsgərov təqdimatla məhkəməyə müraciət edərək Ağsu rayonu, Bəyimli kəndində yaşayan xx.xx.1997-ci il tarixli Tahirova (Abbasova) Qənirə Vahid qızının Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Həsən Əsgərov xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanılan Ağsu rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X2 1004,92 manat borc və 30,45 manat d/r alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, borclu X4 rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq tələb edilmiş və icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi ona bildirilmişdir. X1 rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu X4 borcunun tam ödənilməsindən qəsdən yaymır, verilən tələbləri yerinə yetirməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə borclu X3 Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. Məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-496/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 868,39 AZN əsas məbləğ üzrə, 123,27 AZN faiz üzrə,13,27 AZN cərimə, cəmi 1004,92 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30,45 AZN məbləğində vəsait ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023cü il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlığından görünür ki, Tahirova (Abbasova) Qənirə Vahid qızı icra sənədi üzrə borcunu vaxtlı-vaxtında ödəməyəcəyi təqdirdə qanuna müvafiq qaydada məcburi icra tədbirlər görüləcəyi, inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ağsu rayonu, Bəyimli kəndində yaşayan Tahirova (Abbasova) Qənirə Vahid qızınınAğsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, borclu Ağsu rayonu, Bəyimli kəndində yaşayan Tahirova (Abbasova) Qənirə Vahid qızı icra məmurunun çağırışı ilə gəlmədiyindən o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu rayonu, Bəyimli kəndində yaşayan Tahirova (Abbasova) X5 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə və Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar