Məhkəmə qərarları › İş №8(016)-57/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-57/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-57/2024 15.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-1035/2022 saylı və xx.xx.2022-ci il tarixli, 2(016)-910/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 21-də qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cu il tarixli qərarla icraata başladığım Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-1035/2022 nömrəli, 23.01,2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-ci ildə anadan olmuş və ünvanında qeydiyyatda olan və yaşayan Borclu 1804,15 manat məbləğində pul vəsaiti və 38,45 manat dövlət rüsumu tutularaq tələbkar "X3" Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Bundan əlavə Ağsu rayon Məhkəməsinin 2(016)-910/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Borclu 745 manat və 30 manat d.r alınaraq "xxxx" Telekom MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il və xx.xx.2023-ci il tarixində Ağsu rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-910/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********86968 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 110 manat ödənilməmiş hissə, 11 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********27349 XİAOMİ REDMİ NOTE 10 markalı telefon və Mi Qulaqcıq üçün 567,2 manat ödənilməmiş hissə, 33 manat cərimə, ümumilikdə 745 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(016)-910/2022 saylı icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” Sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcək hər hansı bir əmlak və ya digər gəlirlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 21-də qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on gun) müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar