Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-64/2024 28.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə, Ağsu Rayon Notariat Ofisinin 8İ-2169 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borclunun məcburi gətirilməsi barədə Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirov təqdimatla məhkəməyə müraciət edərək Ağsu şəhəri, Nizami küçəsi, ev 11-də yaşayan Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağsu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Fərid Nəsirov xx.xx.2022-ci il tarixli qərarla icraata başladığım Ağsu rayon notariat ofisi tərəfindən verilmiş 8İ-2169 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən cavabdeh Borclu ümumilikdə 732 manat məbləğində borc və 25 manat dövlət rüsumu alınaraq Tələbkar MMC-yə ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, Borclu rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi ondan rəsmi olaraq tələb edilmiş və icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi ona bildirilmişdir. Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, verilən tələbləri yerinə yetirməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. Məhkəmə təqdimata tərəflərin və icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Notariat Ofisinin 8İ-2169 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən AZ1130, ünvan 1 ünvanında yerləşən Tələbkar xeyrinə AĞSU NİZAMİ KÜÇ. 11 ünvanında qeydiyyatda olan Borclu BL385067 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 732 manat tutulması qeyd edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022ci il tarixli qərarı ilə icra qeydi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cüil tarixli xəbərdarlığından görünür ki, Borclu icra qeydi üzrə borcunu vaxtlı-vaxtında ödəməyəcəyi təqdirdə qanuna müvafiq qaydada məcburi icra tədbirlər görüləcəyi, inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Ağsu rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ağsu şəhəri, Nizami küçəsi, ev 11-də yaşayan Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, borclu Ağsu şəhəri, Nizami küçəsi, ev 11-də yaşayan Borclu icra məmurunun çağırışı ilə gəlmədiyindən o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağsu şəhəri, Nizami küçəsi, ev 11-də yaşayan Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə və Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №8(016)-64/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-64/2024
28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver