Məhkəmə qərarları › İş №8(017)-10/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-10/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-10/2025 11.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şirvan Kommersiya Məhkəməsinin 2(121)-850/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 8605 manat məbləğində pul və dövlət rüsumunun tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Emin Qasımov təqdimatla məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin 2(121)- 850/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 8605 manat məbləğində pul və dövlət rüsumunun tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edildiyini, icra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə icra məmuru tərəfindən qanuni olaraq bildiriş göndərildiyini, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını, iş üzrə elektron sorğu əsasında “QAZ 31029 YÜK” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydiyyata alındığını və həmin icra vərəqəsinə əsasən başlanmış icra işinin, Borclu adına qeydiyyata alınmış «QAZ 31029 YÜK” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qaydasında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra icraatının materiallarından görünür ki, iş üzrə icra sənədinin icrası ilə bağlı cavabdeh Borclu dəfələrlə çağırış vərəqəsi göndərilsədə borc ödənilməmiş, icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlməmiş və bununla da icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırmışdır. Təqdimata əlavə olunmuş məlumatın əldə edilməsi üçün sorğudan görünür ki, «QAZ 31029 YÜK” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2. və 50.9. maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şirvan Kommersiya Məhkəməsinin 2(121)-850/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu adına qeydiyyata alınmış «QAZ 31029 YÜK” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şirvan Kommersiya Məhkəməsinin 2(121)-850/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu adına qeydiyyata alınmış «QAZ 31029 YÜK” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar