Məhkəmə qərarları › İş №8(017)-104/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-104/2025

24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-104/2025 24.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 23 iyul 2025-ci il tarixli, e361579 №-li təqdimata məhkəmə iclasında baxaraq müəyyənetdi: Xocavənd Rayon Məhkəməsinin 2(069)-133/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu1 və Borclu2 tərəfindən “Tik-tok” social şəbəkəsində “Kanal 21.az” səhifəsində iddiaçı Tələbkar şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayımlandığından həmin sosial şəbəkələr vasitəsi ilə təkzib edilməsi, cavabdehlər Borclu1 mənəvi zərərə görə 500 manat və ə Borclu2 mənəvi zərərə görə 500 manat pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev təqdimatla məhkəməyə müraciət edərək Xocavənd Rayon Məhkəməsinin 2(069)-133/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu1 və Borclu2 tərəfindən “Tik-tok” social şəbəkəsində “Kanal 21.az” səhifəsində iddiaçı Tələbkar şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayımlandığından həmin sosial şəbəkələr vasitəsi ilə təkzib edilməsini, cavabdehlər Borclu1 mənəvi zərərə görə 500 manat və ə Borclu2 mənəvi zərərə görə 500 manat pulun tutularaq Tələbkar xeyrinə ödənilməsinin qət edildiyini, iş üzrə Borclu1 və Borclu2 tələbin könülü icrası haqqında bildiriş göndərildiyini, dəfələrlə icra məmuru tərəfindən qanuni olaraq çağırılsa da icra məmurunun qanuni çağırışına qərəzli olaraq, üzürsüz səbəbdən gəlmədiyini, icra sənədi üzrə tələbi bilərəkdən yerinə yetirməkdən boyun qaçırdığını bildirərək Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yaşayan Borclu1 və Ağcabədi şəhəri H.Əliyev prospekti ev 371-də yaşayan Borclu2 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və icra sənədini nəzərdən keçirib, bu nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş materiallardan görünür ki, Borclu1 və Borclu2 dəfələrlə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən rəsmi bildirişlər göndərilsə də o, icra məmurunun çağırışlarına gəlməmiş, qərəzli olaraq icra sənədinin icrasından yayınmağa çalışmışdır. Ona görə də “İcra Haqqında” Azərbaycan Respubilkası qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsində isə qeyd olunur ki, bu qanunun 84.2-ci (yuxarıdakı abzas) maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 263, 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. 1.Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatında olan Xocavənd Rayon Məhkəməsinin 2(069)-133/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində yaşayan Borclu1 və Ağcabədi şəhəri H.Əliyev prospekti ev 371-də yaşayan Borclu2 məcburi qaydada ünvan 1 ünvana, İcra və Probasiya şöbəsinin yerləşdiyi inzibati binasına gətirilsin. 2.Qərarın icrası Ağcabədi rayon polis şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar