Məhkəmə qərarları › İş №8(017)-11/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-11/2024

08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-11/2024 08.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, Ağcabədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 29 yanvar 2024-cü il tarixli, 42 №-li təqdimata məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(017)-3246/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X1 və Borclu 3843,89 manat kredit borcunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Ağcabədi Rayon Məhkəməsinin 8(017)-4/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Chevrolet Malibu” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar BOKT "xxxx" MMC Ağcabədi rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 2(017)-3246/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən borcun tam olaraq ödənildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ağcabədi rayon İcra və Probasiya şöbəsinin 06 noyabr 2023-cü il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin 2(017)-3246/2017 saylı, 03 noyabr 2017-ci il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Bu səbəbdən Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvir Vəliyev təqdimatla Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 8(017)-4/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Chevrolet Malibu” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş, həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş ərizədən görünür ki, BOKT "xxxx" MMC Ağcabədi rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 2(017)-3246/2017 saylı, 03 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən borcun tam olaraq ödənildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 3246/2017 saylı, 03 noyabr 2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. AR MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157-159, 163, 263-264, 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-4/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Chevrolet Malibu” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar